"Diriliş Ərtoğrul" serialında "Artuk" obrazına həyat verən Ayberk Pekcan sosial media paylaşımı ilə pərəstişkarlarını üzüb.
Unikal.org xəbər verir ki, 51 yaşlı aktyor bel ağrısı şikayəti ilə getdiyi xəstəxanada xərçəng olduğunu öyrənib. Ayberk bundan sonra sosial mediadan paylaşım edərək, həyatının alt-üst olduğunu açıqlayıb.
Qeyd edək ki, Ayberk Pekcan "Yaprak Dökümü", "Kurtlar Vadisi" və "Keşanlı Ali Destanı" seriallarında rol alıb.