Türkiyənin Şişli ərazisində  şagirdləri  daşıyan mikroavtobusda yanğın baş verib.  

Unikal.org xəbər verir ki, sürücü nəqliyyatdan vasitəsindən çıxan tüstünü görüb, mikroavtobusu yolun kənarına çəkib. O,  qısa zamanda  şagirdləri təxliyə  edib. Əraziyə  FHN və təcili tibbi  yardım briqadaları cəlb edilib. Hadisənin baş verdiyi yolda uzun tıxac yaranıb. Yanğın qısa zamanda söndürülüb.  Şagirdlərin və  sürücünün vəziyyətinin yaxşı olduğu bildirilir. 

Yanğın anı isə ətrafdakı insanlar tərəfindən lentə  alınıb.