Ermənistanın həbsdə olan sabiq müdafiə naziri David Tonoyana görüş və telefon danışıqları üçün qadağa qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə onun vəkili Sergey Ovannisyan deyib.
Onun sözlərinə görə, qadağa sabiq nazirin yaxın qohumlarına da şamil edilir. Müdafiə tərəfi bu məhdudiyyətlərin ləğvi ilə bağlı tələb irəli sürməyib.
Vəkil əlavə edib ki, bu müddət ərzində Tonoyanın iştirakı ilə heç bir istintaq hərəkəti aparılmayıb və o, ifadə verməkdən imtina edib.
Xatırladaq ki, Tonoyan cari ilin sentybar ayında həbs edilib. Keçmiş nazir büdcədən küllü miqdarda vəsait mənimsəməkdə, saxtalaşdırmada, ictimai təhlükəli əməllər törətməkdə ittiham olunur.