Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında Azərbaycanla bağlı paylaşım edib.
Unikal.org xəbər verir ki, o, bir daha ölkəmizə dəstəyini ifadə edib.
“Azərbaycan bütün dünyaya örnək olacaq bir inkişaf modeli ilə işğaldan azad edilən bölgələri inkişaf etdirmək üçün işləri davam etdirir.
Türkiyə olaraq biz də üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik”, - dövlət başçısı qeyd edib.