Argentinada anası və bibisini öldürən şəxsin məhkəməsi  keçirilib. 

Unikal.org xəbər verir ki, 2019-cu  ildə  törətdiyi cinayətə görə həbs edilən Gilad Gil Pereq məhkəmə  zalındakı  hərəkəti  ilə diqqət  çəkib.  Özünü  pişik zənn edən 40 yaşlı  kişi zalda  "miyoldamağa" başlayıb. Hakim  dəfələrlə ona sakit olmağı bildirsə də,  Gil buna əməl etməyib. Şəxsin məhkəməsi  yarıda dayandırılaraq, zaldan qovulub. Gil 2 ildən çoxdandır  ki,  davam edən məhkəmədə  şhər zaman  pişik səsi  çıxardıb, məhkəmənin təxirə  düşməsinə  səbəb olur.