Ötən gün yayımlanacağı gözlənilən “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialı izləyicilərini məyus edib.
Unikal.org haberler.com-a xəbər verir ki, yeni mövsümdə ilk bölümü gözlənilən serial efirə getməyib. ATV həmin saatda “Baba parası” adlı film yayımlayıb.
İddiaya görə, telekanal serialı istehsal edən prodakşnla maliyyə baxımından razılığa gələ bilməyib və bu səbəbdən günlərdir anonsu yayımlanan serial efirə getməyib.
Bu gün isə baş rol ifaçısı Oktay Karnarca feysbukda “Ən yaxın zamanda məsələ ilə bağlı açıqlama veriləcək...”, - deyə bildirib.
Telekanal isə rəsmi açıqlama yaymayıb.