Rusiyanın "Proqres MS-18" yük gəmisi "Soyuz-2.1a" daşıyıcı raketi ilə birlikdə Baykonur kosmodromundan havaya buraxılıb.

Unikal.org xəbər verir ki, "Roskosmos"dan verilən rəsmi açıqlamaya görə, saytında yayımlanan yayıma görə, kosmik gəmi təxminən 9 dəqiqə ərzində daşıyıcı raketdən ayrılıb. O, oktyabrın 30-da Moskva vaxtı ilə saat 04:34-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) yaxınlaşacaq.

Qeyd edək ki, gəmi BKS-ə 470 kiloqram yanacaq, 420 litr içməli su, oksigen, 1509 kiloqram avadanlıq və materiallar, tibbi nəzarət və sanitariya alətləri, eləcə də geyim əşyaları, yeməklər və təzə məhsullar çatdıracaq. 

Ağarza ELçinOğlu