Əməkdar artist Dilarə Əliyeva ARB TV-dən ayrılıb.
Unikal.org xəbər verir ki, Əliyevanın gedişinə səbəb Baxşəliyevanın ARB kanalında Yaradıcılıq məsələləri üzrə müşavir təyin olunmasıdır.
Belə ki, Xoşqədəm Baxşəliyeva kollektivlə ilkin tanışlıq üçün kanalın aparıcıları ilə görüşmək istəyib. D. Əliyeva isə buna etiraz edib. O, X. Baxşəliyevanın rəhbərliyi altında çalışmayacağına etiraz edib və ARB-dən gedib.
Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva isə gələn aydan həftə içi 5 gün "Səni axtarıram" layihəsi ilə ARB-də efirə qayıdır. (Shownews.az)