Rusiya Hərbi Desant Qüvvələrinin qərargah rəisinin keçmiş birinci müavini general-mayor Anatoli Belyanin intihar edib.

Unikal.org xəbər verir ki, bu məlumatı TASS agentliyi mənbələrinə istinadən yayıb

İnsident Moskva ətrafında yerləşən İvanteyevka şəhərində baş verib. Onun öz evində öldüyü bildirilib.

Qeyd edilib ki, Belyanin son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirmiş.