Los-Ancelesdə görüntülənən məşhur müğənni Selena Qomezin yeni görünüşü təəccüb doğurub.
Unikal.org xəbər verir ki, tünd qırmızı libas tərcih edən aktrisa pərəstişkarları ilə görüşərək şəkil çəkdirib. Həmin anları lentə alan paparatsilərin obyektivindən Selenanın çəki aldığı qaçmayıb. Kökəldiyi sosial media izləyicilərinin gözündən qaçmasa da, onun hələ də şirin göründüyünü vurğulayıblar.
Qeyd edək ki, aktrisa hazırda "Eyni binada qətllər" serialında rol alır. Onun tanınmış aktyor Kris Evansla eşq yaşadığı iddia olunub.