Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı qardaş ölkənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) Türkiyə bayrağı ilə işıqlandırılması ilə əlaqədar ölkəmizə təşəkkür edib.
Unikal.org xəbər verir ki, səfir bu barədə özünün tviterdəki səhifəsində yazıb.
“Cümhuriyyət Bayramımıza mənalı dəstək verən qardaş Azərbaycana ürəkdən təşəkkür edirik”, - deyə nazir sosial şəbəkədəki hesabında yazıb.