Türkiyədə yayımlanması planlaşdırılan "Sana söz" serialının yayım günü dəyişdirilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə heyətdən bəzi işçilərin koronavirusa yoluxması olub. Serialın ilk bölümü cümə yerinə çərşənbə günü yayımlanacaq.
Qeyd edək ki, ekran işinin baş rollarını Erkan Petekkaya ilə Nehir Erdoğan paylaşır. Serialın yayıma başlamadan üç dəfə adı dəyişdirilib.