Yəmənin cənubunda Ədən Beynəlxalq Hava limanı yaxınlığında törədilən partlayışda ölənlərin sayı artıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 12 nəfər həyatını itirib, daha 43 nəfər yaralanıb.

Ədəndəki Əl-Cumhuri Xəstəxanasının rəsmiləri yaralıların təcili yardım mərkəzində müalicə olunduğunu və bütün tibb işçilərinin səfərbər edildiyini bildirib. Rəsmi, həmçinin yaralılar üçün qanvermə çağırışının olduğunu da açıqlayıb.

Qeyd edək ki, partlayış hava limanı yaxınlığındakı hoteldə güclü yanğına səbəb olub.

*** 20:04

Yəmənin cənubunda Ədən Beynəlxalq Hava limanı yaxınlığında güclü partlayış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində azı 10 nəfərin öldüyü bildirilir.

Məlumata görə, avtomobilə quraşdırılmış mina partladılıb.