Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu başa çatıb.
Unikal.org xəbər verir ki, səhər 08:00-da başlayan səsvermə prosesi saat 20:00-da seçki məntəqələrinin səslərin sayılması üçün bağlanması ilə başa çatıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-dək qeydə alınan seçici fəallığı 39,5% (825 129 seçici) təşkil edib.
Seçki prosesi əksər məntəqələrdə sakit şəraitdə keçsə də, bəzi bələdiyyələrdə hakim “Gürcü Arzusu” və müxalif “Vahid Milli Hərəkat”partiyalarının tərəfdarları arasında qarşıdurmalar baş verib.