Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Suriyadakı nümayəndəliyinin əməkdaşlarının hərəkəti ciddi ictimai narazılıq doğurub.
Unikal.org-un xəbərinə görə, BMT ilə bağlı əlamətdar günü qeyd etmək üçün əməkdaşlar paytaxt Dəməşqdəki binaların birinin üzərində ispan rəqsi ediblər.
Tədbirdə qurumun nümayəndəliyinin rəhbəri Akjemal Maqtimova da iştirak edib. Hadisənin videosu ciddi narazılıq yaradıb və nümayəndəlik bir neçə saat sonra videonu silməyə məcbur olub. Suriyalı ekspert Basel Kaqadunun fikrincə “bu hadisə Suriyadakı münaqişəyə yanaşmanın göstəricisidir”.