Yaponiyada parlament seçkiləri başlayıb.
Unikal.org xəbər verir ki, səsvermə məntəqələri açılıb.
Parlamentin aşağı palatasındakı 465 yer uğrunda 1065 namizəd mübarizə aparır. Ölkədə səsvermə hüququ olan vətəndaşların sayı 106 milyon nəfərdən çoxdur. Əsas rəqabət Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Liberal Demokrat partiyası ilə onun müttəfiqi Komeito partiyası arasında gedəcəyi gözlənilir. Ekspertlərin proqnozuna görə digər siyasi qüvvələrin parlamentdə əldə edəcəyi yer sayı siyasi proseslərə təsir göstərə biləcək həddə olmayacaq.