ABŞ-ın Kaliforniya ştatında Hellouin şənliyi zamanı atışma nəticəsində ən azı iki nəfər ölüb, daha beş nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Məlumata əsasən, hadisə oktyabrın 29-da "yüzlərlə insanın" iştirakı ilə keçirilən şənlik zamanı baş verib. İki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib. Digəri ağır, lakin stabil vəziyyətdə xəstəxanaya çatdırılıb.