Ermənistanda daha 1587 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 308 326-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 44 nəfər artaraq 6 328-ə çatıb.