Gürcüstan müxalifəti bu gün Tbilisidə saat 19:00-da parlament binasının qarşısında mitinq keçirəcək.
Unikal.org xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya brifinqdə məlumat verib.
O, müxalifət tərəfdarlarını aksiyaya çağırıb: "Ötən günkü seçkilər tam olaraq saxtalaşdırılıb. Dünən mübarizə bitməyib, əksinə başlayıb. Özünə hörmət edən istənilən Gürcüstan vətəndaşı dünən baş verənlərlə barışmağa hazırlaşmır".