İŞİD İraqın Kərkük şəhərində Qızılkörpü məntəqəsinin yanında fəaliyyət göstərən Peşmərgə hərbi qüvvələrinə hücum edib.

Unikal.org xəbər verir ki, bu barədə Peşmərgə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 2 peşmərgə əsgəri öldürülüb.

Hücumdan sonra genişmiqyaslı əməliyyat başladılıb.