Türkiyə əsgəri İraqın şimalındakı Hakurk bölgəsində həlak olub.

Unikal.org Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, nazir Hulus Akar şəhidin ailəsinə başsağlığı verib. 

Qeyd edilib ki, bölgədə aparılan əməliyyat zamanı türk əsgəri İslam Çiftçi həyatını itirib.