ABŞ-ın Texas ştatının Teksarkana şəhərində "Halloween" şənliyində açılan atəş nəticəsində azı 1 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, bu barədə yerli polis idarəsi feysbukdakı səhifəsində məlumat yayıb.
Qeyd edilib ki, polis əməkdaşları atışma barədə məlumatı yoxlamaq üçün əraziyə gəldikdə güllə yarası almış 10 nəfəri aşkarlayıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlardan biri az sonra ölüb.
Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, atışma zamanı şənlikdə azı 200 nəfər olub.
Polis hadisəni törədən şəxsin kimliyini araşdırır. İstintaqın ilkin nəticələrinə görə, atışmaya qonaqlardan bəziləri arasında mübahisə səbəb olub.