G20 Sammitinin keçirildiyi Romada etiraz aksiyaları səngimək bilmir.

Unikal.org xəbər verir ki, ekofəallar tərəfindən təşkil edilən aksiyalarda dövlət və hökumət rəhbərlərindən iqlim böhranının həlli üçün təcili tədbirlərin görülməsi tələb olunur.

Qeyd edək ki, “Climate camp” adlı aksiyalar dünən də baş verib.

Etirazçıların bir qismi özlərini Romadakı Troyan Forumunun çəpərlərinə zəncirləyib, digər bir qismi isə sammitin keçirildiyi küçədə oturaq aksiya təşkil edərək hərəkəti məhdudlaşdırıb.