Gəncədə bıçaqlanma hadisəsi olub.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən parkda qeydə alınıb.

2005-ci il təvəllüdlü Əliyev Tural Müşviq oğlu qolunun və bud nahiyəsinin 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, T.Əliyev tanışı tərəfindən bıçaqlanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.