"Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik".
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşü barədə danışarkən deyib.
ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.
"Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram", - deyə Türkiyə lideri vurğulayıb.