"Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan "6-lıq platforma" olaraq belə bir addım ataq, bölgəyə (Cənubi Qafqaz) sülh gətirək dedik".
Unikal.org xəbər verir ki, bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bu məsələ ilə bağlı artıq cənab Əliyev Ermənistanla danışıqlar aparıb və onlara belə bir sülh təklifi edib.
Gürcüstanla Rusiya arasında münasibətləri müsbət mənada fərqli hala gətirmək işimizi asanlaşdıracaq", - Ərdoğan vurğulayıb.