G-20 ölkələrinin lideri 2030-cu ilə qədər planetdə 1 trilyon ağac əkmək barədə hədəf qoyublar.
Unikal.org xəbər verir ki, bu barədə G-20 sammitinin yekun bəyannaməsində deyilir.
“Planetin deqradasiyaya uğramış ekosisteminə diqqət çəkərək 1 trilyon ağac əkməklə bağlı iddialı məqsədimizi açıqlayırıq”, - deyə bildirilib.
Həmçinin sənəddə bu işin ərsəyə gəlməsi üçün digər ölkələrin də səyləri birləşdirməsinin vacibliyi qeyd olunub.