140 seçki məntəqəsində bülletenlər 1 noyabrda yenidən sayılacaq.
Unikal.org xəbər verir ki, bu barədə Gücüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Georgi Kalandarişvili deyib.
O bildirib ki, səs sayımı saat 17:00-da videomüşahidə altında başlanacaq. Bundan sonra rəsmi nəticələr MSK saytında yayımlanacaq.
Qeyd edək ki, ötən gün yerli idarəetmə orqanlarına seçkilərin ikinci turu keçirilib. MSK-nın nəticələrinə görə, hakim Gürcü Arzusu 20 şəhər və rayonda keçirilən seçkilərin 19-da (o cümlədən Tiflisdə) qalib gəlib. Müxalifət seçki nəticələri ilə razılaşmır.