Noyabrın 1-də yerli vaxtla saat 6:14 dəqiqədə Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 60 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib. Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın şərqində yerləşən prefekturalarda hiss olunub.
Bundan başqa, yerli vaxtla saat 05:35-də Kansay regionunun cənubundakı Vakayama prefekturası yaxınlığında da 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.