Şimali Makedoniyada dünən keçirilən yerli seçkilərin ikinci turu üçün səsvermə prosesi başa çatdıqdan sonra mətbuat konfransı keçirilib.
Unikal.org xəbər verir ki, ölkənin baş naziri, Makedoniya Sosial Demokratlar İttifaqının sədri Zoran Zaev seçkilərin nəticələrinə görə məsuliyyəti öz üzərinə götürərək həm baş nazir, həm də partiya lideri vəzifəsindən istefa verib.
"Mən baş nazir və SDSM sədri vəzifəsindən istefa verirəm", -deyə Zaev bildirib.
Rəqiblərini yerli seçkilərdə qazandıqları uğurlara görə təbrik edən Zaev bundan sonra da partiyanın bir parçası olaraq qalacağını bildirib.