Ermənistanın paytaxtı İrəvanda gecə saatlarında silahlı insident baş verib.
Unikal.org xəbər verir ki, şəhərin mərkəzi küçələrin birində 41 yaşlı şəxs naməlum şəxslər tərəfindən güllələnib. Nəticədə kişi yerindəcə həyatını itirib. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub.
41 yaşlı kişinin meyiti tibbi ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.