Ermənistanda son sutka ərzində daha 1 071 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 309 397 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 51 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6379-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1299 nəfərdir. Aktiv xəstələrin sayı 30 978 nəfər təşkil edir.