ABŞ İran və onunla əlaqəli qrupların Silahlı Qüvvələrimizə hücum etməməsi üçün hərəkətə keçməyə hazırdır.
Unikal.org xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken jurnalistlərə açıqlamasında deyib.
"İran, yaxud onun adından hərəkət edən qrupların bu kimi addımlarının qarşısını almaq üçün prezident ali səviyyədə istənilən yerdə, istənilən vasitə ilə əsaslandırılmış addım atmağa hazırdır", - deyə dövlət katibi bildirib.