İzmirdə eyni gündə 3 avtomobil oğurlayan 17 yaşlı E.D. polis tərəfindən tutulub. 

Unikal.org xəbər verir ki, o, gətirildiyi məhkəmə tərəfindən həbs edilib. Bildirilib ki, yeniyetmə bu vaxta qədər  129 cinayət törədib. 

Avtomobillərin şüşələrini qıraraq onları oğurlayan E.D. eyni gündə törətdiyi 2-ci cinayətdən sonra polisləri izinə salıb. O, artıq həbs edilib, oğurlanan vasitələr sahiblərinə qaytarılıb.    

Ağarza ELçinOğlu