Braziliyanın Santa-Katarina şəhərində ölü doğulan körpənin  ailəsi  qəribə  hadisə  ilə  üzləşib.

Unikal.org xəbər verir ki, ana və ata körpələrinə son dəfə baxmaq üçün tabutu açıblar. Belə  ki,  onlar  tabutu  açandan sonra həyatlarının şokunu  yaşayıblar.  Tabutun  içində  körpənin  cəsədi yerinə uşaq geyimləri  çıxıb.  Qısa zamanda  onlar  xəstəxanaya  müraciət  ediblər.  Məsələ  bağlı xəstəxana ailədən üzr  istəyərək, körpənin tabutu  ilə başqa bir tabutun qarışdığını  ifadə  edib.  

Hadisədən bir  gün sonra gənc cütlük körpələrinin  cəsədini  dəfn edə  bilib.  Bundan sonra ailə xəstəxana rəsmilərini  məhkəməyə veriblər.