Yaponiyanın paytaxtı Tokioda qatarda baş verən bıçaqlı hücumda biri ağır olmaqla 15 nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, səhər saatlarında 20 yaşlı gənc oğlan vaqonda olarkən, sərnişinlərdən biri ilə dava edib. O, üzərində daşıdığı bıçaqla ona hücum edib. Daha sonra isə gənc vaqona yanan maddə tökərək, yandırıb.
Qatardakı çaxnaşma həvəskar kamera görüntülərində əks olunsa da, vaqonların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb. İnsidentin ölkədə ümumi seçkilər günü baş verməsi terror şübhəsinə səbəb olub.