Ukraynanın paytaxtı Kiyevdə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar tədbirlər sərtləşdirilib.
Unikal.org xəbər verir ki, bu gündən paytaxtda kafe, restoran, idman zalları, ticarət mərkəzləri, ictimai nəqliyyat və ictimai tədbirlərə giriş yalnız COVID-19 peyvənd pasportu ilə mümkün olacaq.
Bundan əlavə, uşaq bağçaları istisna olmaqla, məktəblər distant təhsilə qayıdacaq.
Bu barədə Kiyev meri Vitali Kliçko oktyabrın 28-də mətbuat konfransında paytaxtda epidemik vəziyyətin pisləşməsi ilə əlaqədar tədbirlər sərtləşdiriləcəyi barəsində açıqlama yayıb.
Qeyd edək ki, ötən gün ölkədə 26 870 nəfərdə yeni yoluxma halı qeydə alınıb. Bu ötən aylara nisbətən ən yüksək göstəricidir .