İranda ötən sutka ərzində 153 nəfər koronavirusdan (COVID-19) ölüb.
Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 126456 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 9857 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5 934 495 nəfərə çatıb.