Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Kansleri Angela Merkellə görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə Vladimir Zelenski "Twitter"də bildirib.
Görüş Qlazqoda keçirilən BMT İqlim Dəyişikliyi Konfransı (COP26) çərçivəsində baş tutub.

Görüşdə Donbasdakı mövcud təhlükəsizlik vəziyyəti və sülh danışıqlarının gedişi, Avropada enerji böhranı və ondan çıxış yolları, həmçinin Ukrayna və Almaniya arasında münasibətlərin aktual məsələləri müzakirə olunub.