BMT-nin baş katibi Antoniu Quterreş Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi Konfransının açılışında dünya liderlərini və ictimaiyyəti təbiətə ayaqyolu kimi yanaşmamağa çağırıb.

Bu barədə Unikal.org dünyanın ən böyük təşkilatının saytına istinadən xəbər verir.

“Biomüxtəlifliyə qarşı sərt rəftar kifayətdir. Karbon qazı ilə özünüzü öldürmək kifayətdir. Təbiətlə ayaqyolu kimi davranmaq kifayətdir. Yerin təkini yandırmaq, qazmaq, inkişaf etdirmək kifayətdir. Biz öz məzarlarımızı qazırıq”, - Quterreş bildirib.

O əlavə edib ki, artıq iqlim dəyişiklikləri baş verir. Son 30 il ərzində dünya okeanlarının səviyyəsinin qalxma sürəti iki dəfə artıb, okeanlar həmişəkindən əhəmiyyətli dərəcədə istiləşib. Quttereşin sözlərinə görə, okeanlar 2015-ci ildə Paris İqlim Sazişinin bağlanmasından sonrakı altı il ərzində Yer kürəsində indiyədək müşahidə müddətində ən isti olublar.