Niderlandda yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması fonunda tibbi maska taxmaq məcburi olacaq və sanitar keçidlərin istifadə yerləri genişlənəcək.
Unikal.org xəbər verir ki, xüsusilə hökumət binalarında, kitabxanalarda, bərbərlərdə və gözəllik salonlarında tibbi maska taxmaq məcburi olacaq.
Qeyd olunub ki, qayda mağazalarda da tətbiq edilə bilər, lakin bununla bağlı yekun qərar hələ verilməyib. Həmçinin, sanitariya vəsiqələrinin (peyvənd sertifikatı və ya mənfi koronavirus testi - Red) istifadəsi genişlənəcək, idman zallarında, üzgüçülük hovuzlarında, zooparklar, əyləncə parkları və muzeylərdə məcburi olacaq.