Ermənistanda son sutka ərzində daha 1 232 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 310 629 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 62 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6441-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1305 nəfərdir. Aktiv xəstələrin sayı 30 551 nəfər təşkil edir.