Cənubi Koreyada quşun yüksək patogenli epidemiyası aşkar edilib. Bununla əlaqədar hakimiyyət orqanları ölkənin quşçuluq təsərrüfatlarında infeksiyanın yayılmasından ehtiyat edir.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, xəstəliyin mənbəyi Çunçon-Namdo vilayətinin Çhonan şəhərində qeydə alınıb.
Bununla əlaqədar olaraq infeksiyanın yayılma riski ilə bağlı xəbərdarlıq səviyyəsi maksimuma qaldırılaraq xəstə quşların aşkar edildiyi yerdən 500 m radiusda karantinə alınıb. Yaxınlıqdakı quşçuluq təsərrüfatları arasında hərəkət 21 gün müddətinə məhdudlaşdırılacaq.