“İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-oktyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111.73 faiz əməl edib”.
Unikal.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev öz Tvitter hesabında yazıb.
“Nəzərdə tutulan proqnozdan əlavə 373.75 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”, - komitə sədri vurğulayıb