Özbəkistan hökuməti “Telegram”, “Facebook”, “Odnoklassniki”, “YouTube” platformalarını məhdudlaşdırıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin İnformasiyalaşdırma və Telekommunikasiya Sahəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi (Uzkomnadzor) məlumat yayıb.
Qeyd olunur ki, bu platformalar şəxsi məlumatlar haqqında qanunvericiliyi pozublar.
“Müəyyən edilmiş problemlər aradan qaldırılana qədər Özbəkistan ərazisində müvafiq resurslardan istifadə məhdudlaşdırılır”, - deyə qurum bildirib.