Bir zaman hər kəsin marağına səbəb olan və barəsində müxtəlif hekayələr danışılan "məxluğa çevrilən qız" yenidən gündəm mövzusu olub.
Unikal.org xəbər verir ki, "Qurani Kərim"i cırdıqdan sonra qeyri-adi məxluğa çevrilən gənc qızın hekayəsi uzun illərdir danışılır. Əhvalata görə, hadisə Hollandiyada baş verib. Belə ki, gəncin anası ucadan Quran oxuyurmuş. Musiqi dinləyən qız buna əsəbləşərək, anasına susmasını tələb edib. Lakin qızın anası oxumağa davam edib. Bu zaman o, anasının əlindən müqəddəs kitabı alaraq, cırıb. Bildirilir ki, qız bundan sonra cəzalandırılaraq meymunabənzər məxluqa çevrilib.
Digər məlumata görə, gənc qız meymuna çevrildikdən sonra Hollandiyada xəstəxanaya yerləşdirilib. Ailə isə qızlarından imtina edib, hətta onun iynə ilə öldürülməsini tələb ediblər. Qızın görünüşü xəstəxanada olarkən çəkilir. Və mətbuata sızdırılır. Bundan sonra qızın barəsaində müxtəlif əhvalatlar, hekayələr yazılır, danışılır.
Lakin yayılan əhvalatlar həqiqəti əks etdirmir. Arxiv fotolarında da rast gəlinən "məxluğa çevrilən qız"ın görüntüsü əslində mumdan olan heykəldir.
Sənət əsəri 2003-cü ildə Patricia Piccini tərəfindən hazırlanaraq, Hollandiyada muzeylərin birində nümayiş etdirilir. Ona görə də fotonun xəstəxanada çəkildiyi iddiası da əbəsdir. Nə məxluqa çevrilmiş qız var, nə də onun ölümünü tələb edən ailə.
Gülayə Mecid