Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan An-12 təyyarəsi ilə bağlı bəzi məlumatlar və qəza yerindən görüntülər yayılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan öncə pilotlar ikinci dəfə dövrə vurmağın vacibliyini məruzə edib, daha sonra isə təyyarə radarlardan itib.
“Sputnik Belarus” təyyarənin Belarusun “Qrodno” aviaşirkəti tərəfindən istismar olunduğunu bildirib.
Təyyarənin göyərtəsində Belarus, Rusiya və Ukrayna vətəndaşları olub. Krasnoyarsk vilayətinin qubernatorunun sözlərinə görə, göyərtədə olan 5 heyət üzvü və iki sərnişinin hamısı ölüb.
Qəzanın pis hava şəraiti və yaxud texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. Hadisə ilə bağlı cinayət işi açılıb.