Rəsmi Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a açıqlamasında deyib.
"Bəli, həqiqətən də, belə bir görüş hazırlanır və bu görüş videokonfrans formatında olacaq", - deyə Peskov qeyd edib.