Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın arasında video formatında danışıqların aparılması ilə bağlı hazırlıqlar davam edir.
Unikal.org-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, videogörüşün dəqiq tarixinin məlum olmadığını vurğulayıb.