"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi olaraq hədəfimiz və təklifimiz olacaq ki, 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilsin".
Unikal.org-un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, yekunda hökumətin qərarı olacaq: "Qərar nə olsa, biz də onu müdafiə edəcəyik".